Yumurta BAHALAŞDI – Qiymət artımı davam edəcək?

Hazırda oxunan: Yumurta BAHALAŞDI – Qiymət artımı davam edəcək?

Yumurta BAHALAŞDI – Qiymət artımı davam edəcək? Son günlər pərakəndə satış məntəqələrində yumurta bahalaşıb. Məsələ ilə bağlı Əli Novruzovun şərhini oxuyun.

198926

Son günlər pərakəndə satış məntəqələrində yumurta bahalaşıb.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib ki, marketlərdə yumurtanın qiymətində bir qədər artım müşahidə olunur:

“Nəzərə alaq ki, may ayında yumurtanın bir ədədi 16-17 qəpiyə təklif olunurdusa, hazırda bu qiymət 13-14 qəpik arasında dəyişir. Ona görə də ötən ayla müqayisədə elə bir qiymət artımı baş verməyib. Lakin may ayının sonlarında kənd yumurtasını bazara daha çox çıxarılması səbəbindən sənaye yumurtalarının qiyməti 9-10 qəpiyə qədər ucuzlaşmışdı. Bu da təklifin tələbi üstələməsi səbəbi ilə yaranmış bir vəziyyət idi”.

Mürvət Həsənli onu da əlavə edib ki, hazırda quşçuluq fabriklərində bir ədəd yumurtanın maya dəyəri 14,5 qəpikdir:

“Amma 13-14 qəpiyə satılır. Bu da onunla bağlıdır ki, ölkəmizdə kifayət qədər çox yumurta istehsal olunur. Təklif tələbi üstələdiyi üçün də yumurda maya dəyərindən aşağı qiymətə satılır. Yumurta istehsalı çox olduğu üçün ixraca da diqqəti artırırıq. 

Bu ilin 5 ayında 100 milyon ədəddən artıq yumurta ixrac etmişik. Bununla belə əhalinin tələbatını ödəyə biləcək qədər yumurta ehtiyatımız var. O ki qaldı yaxın aylarda yumurtanın qiymətinin qalxmasına, onu deyə bilərəm ki, bu sahədə güclü qiymət artımı gözlənilmir. Ən pis halda pərakəndə satış məntəqələrində yumurtanın bir ədədi 16 qəpiyə təklif oluna bilər”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin