“Rusiya və Azərbaycan Qərbin Moskva Birjasına qarşı tətbiq etdiyi sanksiyalar fonunda hesablaşmalarda milli valyutalara keçidlə bağlı danışıqlara başlayıb”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Beynəlxalq Əlaqələr Şurasının baş direktoru İvan Timofeyev "RİA Novosti"yə müsahibəsində bildirib.
“İndi bizə Rusiya bazarına “uyğunlaşdırılmış” banklar lazımdır. Həmçinin, "Mir" ödəniş sistemi artıq xarici sərhədlərə çıxmağa başlayıb ki, bu da sevindirici haldıq. Bu isə Azərbaycanın marağındadır, belə ki, ölkədə rusiyalı turistlərin və sahibkarların sayının artmasına səbəb olacaq”, - Tomofeyev qeyd edib.
Onun sözlərinə görə, hətta Ukrayna böhranı həll edildikdən sonra da Rusiya Federasiyasına qarşı sanksiyalar daha da pisləşəcək.
Qeyd edək ki, ABŞ iyunun ortalarında Rusiyanın maliyyə infrastrukturuna, o cümlədən Moskva Birjası, Milli Klirinq Mərkəzi və Milli Hesablaşma Depozitarisinə qarşı yeni sanksiyalar elan edib. Bunun fonunda dollar və avro ilə ticarət dayandırılaraq birjadankənar bazara keçirilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:44 / 22.06.2024
Rusiya və Azərbaycan milli valyutalara keçidlə bağlı danışıqlara BAŞLAYIB
Hazırda oxunan: Rusiya və Azərbaycan milli valyutalara keçidlə bağlı danışıqlara BAŞLAYIB
Hazırda oxunan: Rusiya və Azərbaycan milli valyutalara keçidlə bağlı danışıqlara BAŞLAYIB
Rusiya və Azərbaycan Qərbin Moskva Birjasına qarşı tətbiq etdiyi sanksiyalar fonunda hesablaşmalarda milli valyutalara keçidlə bağlı danışıqlara başlayıb. Rusiya Beynəlxalq Əlaqələr Şurasının baş direktoru İvan Tomofeyev, ABŞ-ın Rusiyanın maliyyə infrastrukturuna yeni sanksiyalar elan etdiyini və bu sanksiyaların zəifləməsinin milli valyutalara keçidə iş birliyinin inkişafında təkan yaradacağını deyib.
198519
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.