“2023-cü ilin iyunun 2-də keçirilən rayon (şəhər) icra hakimiyyətləri yanında məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsi rəhbərlərinin dördüncü müşavirəsindən keçən müddət ərzində respublikada qeyri-neft özəl bölməsində təxminən 7,8 faizlik artım qeydə alınıb”.
Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev rayon (şəhər) icra hakimiyyətləri yanında məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsi rəhbərlərinin beşinci müşavirəsində çıxışı zamanı deyib.
İ.Vəliyev qeyd edilən müddət ərzində qeyri-özəl neft bölməsi üzrə bölgələrdə 10,3 faiz artım qeydə alındığını bildirib.
Rəis müavini həmçinin qeyd edib ki, ötən müşavirədən bu günə kimi respublikada bir işçiyə düşən orta aylıq əməkhaqqı 5,2 faiz artıb. O, bölgələrdə bu göstəricinin daha aşağı olduğunu diqqətə çatdırıb.
O, rayonlarda xidmət və ticarət sektorunda fəaliyyət göstərən vergi ödəyicilərini işçilərin fəaliyyətini leqallaşdırmaqla bağlı mütəmadi maarifləndirməyin vacibliyinə də toxunub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
00:45 / 22.06.2024
Rəis müavini: “Bir işçiyə düşən orta aylıq əməkhaqqı 5,2 faiz artıb”
Hazırda oxunan: Rəis müavini: “Bir işçiyə düşən orta aylıq əməkhaqqı 5,2 faiz artıb”
Hazırda oxunan: Rəis müavini: “Bir işçiyə düşən orta aylıq əməkhaqqı 5,2 faiz artıb”
İqtisadiyyat Nazirliyi rəis müavini İlkin Vəliyevin açıqlamasına görə, bir işçiyə düşən orta aylıq əməkhaqqı 5,2 faiz artıb. Qeyri-neft özəl bölməsində isə təxminən 7,8 faizlik artım qeydə alınıb. Vergi ödəyicilərinin fəaliyyətini leqallaşdırmaqla bağlı mütəmadi maarifləndirmə də işçilərin və şəhər icra hakimiyyətlərinin əməkdaşlarının diqqət mərkəzindədir.
198418
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.