“Banklar həm sahibkarlara, həm də vətəndaşlara xarici valyuta ilə bağlı iki məhdudiyyət tətbiq edir. Artıq xarici valyutanı günün birinci yarısına qədər almaq olar. Belə bir şey Azərbaycanda indiyə qədər olmamışdı. Amma xeyli müddətdir ki, vəziyyət belədir”.
Bizim.Media xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında iqtisadçı Əkrəm Həsənov deyib. O bildirib ki, dolların alışına da limit tətbiq edilir:
MÖVZU İLƏ BAĞLI:
Banklar bölgələrdəki kiçik sahibkarlara kredit vermək istəmir - SƏBƏBLƏRİ AÇIQLANDI
"Limitdən yuxarı məbləğə görə vətəndaşlar vergi ödənilməlidir. Hesab edirəm ki, bu məhdudiyyətlər Mərkəzi Bank tərəfindən tətbiq edilir. Çünki valyuta əməliyyatı bankların gəlir mənbələrindən biridir”.
Ekspert qanunvericilikdə və Mərkəzi Bankın normativ aktlarında bu cür məhdudiyyətin olmadığını vurğulayıb. İqtisadçının sözlərinə görə, bu il dolların bahalaşması gözlənilmir.
Bizim.Media