Şəmkirdə mal əti ucuzlaşıb.
Bizim.Media xezerxeber.az-a istinadən xəbər verir ki, rayonda ətin kiloqramı 11-12 manatdır.
Zəyəm qəsəbəsində fəaliyyət göstərən ət dükanları isə ətin kiloqramını 11, 10, hətta 9 manata satırlar. Əvvəllər isə bu qiymət 13-14 azn olub.
Ət satışı ilə məşğul olanlar ucuzlaşmanı fərqli arqumentlərlə izah edirlər. Bəzi qəssablar ucuzlaşmanı rəqabətlə, digərləri xaricdən ətlik heyvanların çox sayda gətirilməsi ilə əlaqələndirirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bizim.Media