Azərbaycanda istehlak bazarı 4 faiz böyüyüb

Hazırda oxunan: Azərbaycanda istehlak bazarı 4 faiz böyüyüb

197864

2024-cü ilin yanvar-may aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 27,1 milyard manat təşkil edib. 

Bizim.Media xəbər verir ki, bu göstəricinin həcmi 2023-cü ilin yanvar-may aylarına nisbətən müqayisəli qiymətlərlə 3,9% artıb. 

Qeyd edək ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 3,8% artaraq 26 milyard manata bərabər olmuş, onun 43,9%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb. 
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 531,5 manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 19,9 manat çox vəsait xərcləyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin