Bu ilin yanvar-may aylarında Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,4% və 8,1% artıb.
Bizim.Media xəbər verirr ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.
Beş ayda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 94 milyon ton yük daşıyıb. Yüklərin 3,6%-i dəniz, 8,1%-i dəmir yolu, 0,2%-i hava, 57,8%-i avtomobil nəqliyyatı, 30,3%-i isə boru kəməri ilə daşınıb.Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə
daşınmış yüklərin həcmi 5,2% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,9% təşkil edib.
Hesabat dövründə nəqliyyatçılar 802,7 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,6%-i avtomobil nəqliyyatı, 11,8%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:08 / 15.06.2024
Azərbaycanda sərnişin daşımaları 8%-dən çox ARTIB
Hazırda oxunan: Azərbaycanda sərnişin daşımaları 8%-dən çox ARTIB
Hazırda oxunan: Azərbaycanda sərnişin daşımaları 8%-dən çox ARTIB
Azərbaycanda sərnişin daşımaları 8%-dən çox ARTIB. Bu ilin yanvar-may aylarında Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,4% və 8,1% artıb. Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 94 milyon ton yük daşıyıb. Yüklərin daşıdığı növ və həcm haqqında ətraflı məlumatı məqalədə tapa bilərsiniz.
197415
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.