Azərbaycanda 5 ayda illik inflyasiya 0,6 % olub

Hazırda oxunan: Azərbaycanda 5 ayda illik inflyasiya 0,6 % olub

196916

Bu ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100,6 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,2 %, qeyri-qida məhsulları üzrə 101,2 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,4 % təşkil edib.

Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin may ayında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni ayına nisbətən 100,3 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,6 %, qeyri-qida məhsulları üzrə 101 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,2 % olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin