S&P: Qarabağa yatırımlar Azərbaycanın qeyri-neft sektorunda artımı dəstəkləyəcək

Hazırda oxunan: S&P: Qarabağa yatırımlar Azərbaycanın qeyri-neft sektorunda artımı dəstəkləyəcək

196268

Qarabağa yatırımlar Azərbaycanın qeyri-neft sektorunda iqtisadi artımı dəstəkləyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi proqnozunda bildirilib.

Qeyd edilib ki, Azərbaycanın iqtisadi artımı 2024-cü ilin ilk dörd ayı ərzində daha güclü model nümayiş etdirib və real ÜDM illik müqayisədə 4,3% artıb və bu, əsasən qeyri-neft sektorunun hesabına olub, neft sektoru isə azalıb.

2024-cü ilin yanvar-aprel aylarında qeyri-neft sektoru yük və sərnişin daşımalarının, informasiya və rabitə xidmətlərinin və pərakəndə ticarət dövriyyəsinin genişlənməsi ilə demək olar ki, 8% artıb. Tikinti sektorunda güclü artım əsasən hökumətin işğaldan azad olunmuş Qarabağ regionuna qoyduğu investisiyalarla bağlıdır.
“Qarabağla bağlı investisiyalar qeyri-neft sektorunda artımı dəstəkləyir. Biz qeyri-neft sektorunun ortamüddətli perspektivdə hər il 3-4% artacağını gözləyirik. Struktur islahatları və davamlı iqtisadi şaxələndirmə səyləri, fikrimizcə, məhdudlaşdırılıb ki, bu da daha sürətli inkişafa maneə yaradır”- S&P əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin