Azərbaycan və Türkiyə arasında bu gün imzalanan “Şahdəniz-1” yatağından Azərbaycan qazının tədarükünə dair uzadılmış sazişə əsasən, 2030-cu ilə qədər Türkiyəyə tədarükün həcmi ildə 3,5 milyard kubmetr təşkil edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə report.az-a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.
“Şahdəniz” yatağının birinci mərhələsindən Türkiyəyə təbii qazın tədarükü 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə başlanıb.
2021-ci ilin III rübündə Azərbaycan və Türkiyə arasında Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql ediləcək 11 milyard kubmetr təbii qazın alqı-satqısı haqqında yeni müqavilə imzalanıb. Müqavilə 2024-cü ilin sonunadək (2021-ci ilin IV rübü – 2024-cü il) “Şahdəniz-1” çərçivəsində ildə 3,5 milyard kubmetr qazın nəqlini nəzərdə tutur.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilə qədər uzadılıb.
“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:09 / 04.06.2024
Azərbaycan Türkiyəyə “Şahdəniz-1” yatağından nə qədər qaz tədarük edəcək?
Hazırda oxunan: Azərbaycan Türkiyəyə “Şahdəniz-1” yatağından nə qədər qaz tədarük edəcək?
Hazırda oxunan: Azərbaycan Türkiyəyə “Şahdəniz-1” yatağından nə qədər qaz tədarük edəcək?
Azərbaycan Türkiyəyə “Şahdəniz-1” yatağından nə qədər qaz tədarük edəcək? Coğrafi mövqeyin əhəmiyyətini nəzərə alaraq, əsas məhsullardan olan əhəmiyyətli fasilləri təqdim edirik.
195631
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.