Mərkəzi Bankın yeni binasının tikintisinə ayrılan vəsait 770 milyon manata ÇATIB 

Hazırda oxunan: Mərkəzi Bankın yeni binasının tikintisinə ayrılan vəsait 770 milyon manata ÇATIB 

195617

Azərbaycan Mərkəzi Bankının yeni binasının tikintisinə ayrılan vəsaitin həcmi 770 milyon manata çatıb. 

Bizim.Media ”apa.az”a istinadən xəbər verir ki, AMB-nin Bakı şəhəri Nizami rayonunda yerləşən yeni inzibati binasının inşaası üzrə baş podratçı təşkilatla bağlanılmış müqaviləyə əsasən 242,1 milyon manat və tikinti smetalara daxil olmayan digər kapital qoyuluşlarına aid yerinə yetirilmiş işlərə 39,8 milyon manat ayrılıb. 

Yeni binanın təhvil verilməsi üçün baş podratçı təşkilatla bağlanılmış müqavilə çərçivəsində yerinə yetiriləcək işlər üzrə 355,1 milyon manat ayrılması nəzərdə tutulub. Bundan əlavə, Xəzinə Mərkəzinin müvafiq avadanlıqla təchizi və quraşdırılması, habelə inzibati binanın mebel və avadanlıqla təmin edilməsi üçün 132,9 milyon manat xərclənəcək. Xərclənən və xərclənməsi nəzərdə tutulan vəsaitlərin toplam həcmi 769,9 milyon manat təşkil edir. 
Qeyd edək ki, 2020-ci ilin fevral ayında AMB yeni inzibati binasının detallı layihələndirməsi və tikintisi üçün tender elan edib.

2021-ci ildə Türkiyənin “Tekfen İnşaat və Təsisat” şirkəti tenderin qalibi olub və onunla 218 milyon avro dəyərində müqavilə imzalanıb. "Tekfen İnşaat" bundan əvvəl, "SOCAR Tower" və Bakı Olimpiya Stadionunun tikintisini də həyata keçirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin