Hər il yay mövsümünün gəlməsi ilə Bakıda həyət evlərinə, xüsusilə, şəhər ətrafındakı bağ evlərinə tələbat artır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) monitorinqinə görə, əvvəlki aylarda olduğu kimi ötən ay fərdi həyət evlərinə tələbin artması müşahidə edilib.
Həmçinin, fərdi evlər və torpaq sahələrinin qiyməti əvvəlki aya nisbətən 1.2 faiz artıb. Yəni fərdi evlərə tələb yay mövsümü gəlmədən öncə də artmağa başlayıb.
Aprel ayında paytaxtın ümumi mənzil bazarında qiymət artımı qeydə alınıb. Mərkəzin məlumatına görə, yaşayış binalarında və qeyri-yaşayış sahələrinə tələb dəyişməsə də, yaşayış binalarında olan mənzillərdə 0.7 faiz aylıq qiymət artımları qeydə alınıb.
Qeyri-yaşayış sahələrində 0.9 faiz aylıq qiymət artımı müşahidə edilib. Kirayə bazarında isə qiymətlərin dəyişmədiyi qeyd olunub.
Maraqlıdır ki, həyət evlərinə tələbat hər ay qüvvədədirsə, bahalaşma niyə bu ay daha çox qeydə alınıb?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib ki, artıq dörd ildir ki, mənzil bazarında qiymətlər artmaqdadır:
“Bizim statistikaya əsasən ay ərzində ümumi daşınmaz əmlak bazarında -0,41 faiz qiymət azalması olub. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 5,78 faiz artım var. Təkrar mənzil bazarında ay ərzində 4,1 faiz, ilkin bazarda isə 3,84 faiz artım olub. Amma fərdi yaşayış və bağ evlərində 5,35 faiz azalma, kommersiya obyektlərində 1,71 faiz azalma olub, torpaq bazarında 4,63 faiz azalma qeydə alınıb. Lakin mənzildə isə artım olub.
Koronavirus pandemiyasından sonra, yəni 2021-ci ildən başlayaraq daşınmaz əmlak bazarında mütəmadi olaraq qiymət artıb və hər il də artır. Bu da dünyada baş verən proseslərlə bağlıdır. Keçmiş sovet respublikalarının hamısında artım müşahidə edilir. Bu tək bizdə deyil, dünyanın bir çox ölkəsində qeydə alınıb. Tikinti materiallarının bir hissəsini xaricdən alırıq, inflyasiyanın bir hissəsini idxal edirik. Nəticədə tikintinin qiyməti artırsa, digərləri də artır”.
O bildirib ki, yaşayışın bahalaşması mənzil qiymətinə də təsir göstərir:
“İkinci amil isə yaşayış tərzinin bahalaşmasına bağlıdır. Sənaye malları, ərzaq, hər şey bahalaşır. Daşınmaz əmlakı istehsal edənin xərcləri artdığı üçün evlərin qiyməti də artır”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:20 / 01.06.2024
Ev qiymətlərində ARTIM - Bahalaşmanın səbəbləri nələrdir?
Hazırda oxunan: Ev qiymətlərində ARTIM - Bahalaşmanın səbəbləri nələrdir?
Hazırda oxunan: Ev qiymətlərində ARTIM - Bahalaşmanın səbəbləri nələrdir?
Evlərin qiymətində növbəti ARTIM – Bahalaşma davam edəcək? Hər il yay mövsümünün gəlməsi ilə Bakıda həyət evlərinə, xüsusilə, şəhər ətrafındakı bağ evlərinə tələbat artır. Daşınmaz əmlak bazarında mənzil qiyməti ilə bağlı məlumatlar.
195070
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.