BTC üzrə əsaslı xərclər kəskin artıb

Hazırda oxunan: BTC üzrə əsaslı xərclər kəskin artıb

19501

Bu ilin I rübündə Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri üzrə əməliyyat xərclərinə təqribən 41 mln. ABŞ dolları sərf edilib ki, bu da illik müqayisədə 64% çoxdur.

Bizim.Media BP-nin 2021-ci ilin I rübünün yekunlarına dair dərc etdiyi hesabata istinadən məlumat verir ki,əsaslı xərclərə isə təqribən 6 mln. dollar sərf edilib (iki dəfə artım).

Hesabata əsasən, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2021-ci ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 482 mln. tondan artıq (3,62 mlrd. barel) xam neft nəql edilmiş və Ceyhanda 4 729 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Cari ilin I rübündə BTC vasitəsilə 6,7 mln. ton (-13%) xam neft və kondensat ixrac olunub və Ceyhanda 70 tankerə yüklənib (-7,9%).

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) nefti və "Şahdəniz" kondensatı daşıyır.

Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin