“OPEC plus” ölkələri nazirləri may-iyun-iyul ayları üzrə hasilat öhdəliklərinə dair “OPEC” və qeyri-OPEC ölkələri nazirlərinin 15-ci iclasında qəbul edilmiş qərarı təsdiqləyiblər.
Bu barədə Bizim.Media-ya Azərbaycan Energetika Nazirliyindən məlumat verilib.
Qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanın da növbəti üç ay üzrə hasilat kvotaları müəyyənləşib.
Beləliklə, Azərbaycanın yeni hasilat öhdəlikləri mayda 115 min barel, iyunda 108 min barrel, iyulda isə 98 min barel təşkil edəcək. Ölkədə gündəlik xam neft istehsalı müvafiq olaraq mayda 603 min barel, iyunda 610 min barrel və iyulda 620 min barel həcmində saxlanılacaq. Gündəlik xam neft istehsalı mayda 8 min barrel, iyunda 7 min barel, iyulda isə 10 min barel artırılacaq.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, hasilatın tədricən artırılması və ixtisarların yumşaldılması bazardakı vəziyyətə adekvatdır və tənzimləmə prosesinə öz töhfəsini verəcək:
“Son vaxtlar qlobal neft bazarının balanslaşmaya meyillənməsi, kommersiya neft ehtiyatlarının azalması və neftin münasib qiymət dəhlizinin nisbətən sabitləşməsi müşahidə edilir. Bu aspektdə, üç aylıq qrafik üzrə hasilat planlarımızın icrasına başlanması üçün vəziyyət münasibdir. Neft bazarında müsbət tendensiyalarla yanaşı, eyni zamanda, risklərin hələ də qalması hasilat artımının nəzərdə tutulan həcmlər çərçivəsində olmasını, kvotaların aşılmamasını və kompensasiyaların yerinə yetirilməsini zəruri edir. Hesab edirəm ki, “Əməkdaşlıq Bəyannaməsi” iştirakçılarının öhdəliklərinə sadiqliyi irəlidə də neft bazarına lazımi dəstəyi təmin edəcək”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:39 / 29.04.2021
Azərbaycanın növbəti 3 ay üzrə hasilat öhdəlikləri təsdiqlənib
Hazırda oxunan: Azərbaycanın növbəti 3 ay üzrə hasilat öhdəlikləri təsdiqlənib
Hazırda oxunan: Azərbaycanın növbəti 3 ay üzrə hasilat öhdəlikləri təsdiqlənib
19486
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.