Özəl müəssisələrdən QANUNSUZLUQ - “Bayram günlərində işçilərə ikiqat əməkhaqqı verilməlidir”

Hazırda oxunan: Özəl müəssisələrdən QANUNSUZLUQ - “Bayram günlərində işçilərə ikiqat əməkhaqqı verilməlidir”

19421

Bayram günlərində özəl müəssisələrin fəaliyyət prinsipi ilə bağlı problemlər var. Bir çox özəl müəssisə və şirkətlər hökumət tərəfindən müəyyənləşdirilən bayram günləri ilə bağlı qaydalara riayət etmir, özlərinin təyin etdiyi sistemlə fəaliyyət göstərilər. Bu isə müvafiq qanunlarun pozulması və aidiyyəti qurumların qərarlarına zidd addım kimi qiymətləndirilir. Xüsusilə pandemiya dövründə hərəkətliliyin və kütləviliyin aşağı salınması, sosial məsafənin qorunması tələb olunsa da, bəzi müəssisələr bu tələbin də əksinə gedir. 

Maraqlıdır, bu qanunsuzluq nə kimi məsuliyyət yaradır? 

Vətəndaşların Əmək Hüququnun Müdafiə Liqasının sədri Sahib Məmmədov Bizim.Media-ya açıqlamasında deyib ki, bayram günlərində işçiləri yalnız zəruri hallarda işlətmək olar. Bu zaman işçilərin özlərinin razılığı olmalıdır və ikiqat əməkhaqqı verilməlidir:
 

“Doğurdan da belə faktlar var. Uzunmüddətli bayram tətilləri olanda disbalans da yaranır. Dövlət orqanları işləmir, amma özəl sektor çalışır. Bunun özünün yaratdığı bir diskonfort olur.


Təssüf ki, bu hallar çox geniş yayılıb. Düzdür, bayram günündən asılı olmayaraq, həyatı təmin edən sahələr həmişə işləməlidir. Nəqliyyat, ərzaq, istilik, enerji, su, səhiyyə və s. əhəmiyyətli sahələr işləməyə məcburdur. Əmək qanunvericiliyində bayram günlərində işləmək və əməkhaqqının necə ödəniləcəyi ilə bağlı qaydalar var. Ən azı ikiqat ödəniş olunmalıdır. Heç buna da əhəmiyyət vermirlər və işçiləri bayram, eləcə də istirahət günlərində işə cəlb edirlər”.

Sahib Məmmədovun sözlərinə görə qarşıdan Ramazan bayramı ilə əlaqədar müəyyənləşən qeyri-iş günlərində də təkrar mənzərə yaşanacaq:

“Əlbəttə ki, buna Dövlət Əmək Müfəttişliyi Xidməti nəzarət edir. Amma onların xüsusi qanun çərçivəsində yoxlamalarına qadağa qoyulub. Mən demirəm ki, bu gün o qadağa olmasaydı gedib bütün müəssisələri yoxlayıb bağlayacaqlar. Hər halda onlar nəzarət orqanıdır. Biz onları günahlandıra bilmərik ki, niyə nəzarət etmirsiz? Çünki onlara nəzarət etmək səlahiyyəti məhdudlaşdırılıb. Əslində isə sözügedən məsələ qanun pozuntusudur və bununla bağlı müəyyən məsuliyyət də nəzərdə tutulub.
 

Ən pisi də odur ki, bayram günlərində hansısa istehsalat qəzası baş verir. Sonra deyirlər ki, bayram günü idi, biz işçini çağırmamışdıq, özü şəxsi istəyi ilə gəlib.


Yaxud yıxılmağından xəbərimiz yoxdur. Bir sözlə məsuliyyət boyundan atılır. Pandemiya dövründə isə özəl müəssisələrin işləməsi bir başqa məsuliyyət hesab olunur. Operativ Qərargahın qoyduğu karantin rejimi pozulursa, bu  əlavə məsuliyyət deməkdir”.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin