Azərbaycan 5 ədəd “Вoeing” markalı yük təyyarəsi alır – SƏNƏD İMZALANDI - FOTO

Hazırda oxunan: Azərbaycan 5 ədəd “Вoeing” markalı yük təyyarəsi alır – SƏNƏD İMZALANDI - FOTO

19404

Azərbaycanın “Silk Way West Airlines” şirkəti donanmasını genişləndirmək məqsədilə ABŞ-ın "Boeing" şirkəti ilə alqı-satqı razılaşması imzalayıb.

Bu barədə Bizim.Media-ya "Silk Way West Airlines"dən bildirilib.

Məlumata görə, razılaşma bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Rəşad Nəbiyev, "Silk Way Group" MMC-nin prezidenti Zaur Axundov, ABŞ-ın Azərbaycandakı səfiri Örl D. Litzenberger və "Boeing"in prezidenti və baş icraçı direktoru Sten Dilin iştirakı ilə Bakıda keçirilmiş mərasimdə imzalanıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev - "Azərbaycanda təyyarə parkı genişləndiriləcək" - FOTO


Bu yatırım "Silk Way West Airlines" şirkətinin yükdaşımalar üzrə artan tələbatın qarşılanması
məqsədilə beynəlxalq hava şəbəkəsini genişləndirməsi istiqamətində atdığı növbəti addım çərçivəsində baş tutub.

Razılaşmaya əsasən, "Silk Way West Airlines" şirkəti 2023-2027-ci illərdə 5 ən müasir "Boeing 777F" yük təyyarəsini almağı planlaşdırır.

Təyyarələrin sifarişi Xəzər dənizi və Mərkəzi Asiya regionunda bir ilkdir. "Boeing 777F" hazırda bazarda olan ən böyük ikimühərrikli yük təyyarəsidir. 9 200 km uçuş məsafəsi olan təyyarənin maksimal yük götürmə qabiliyyəti 102 000 kq təşkil edir.

Dünyanın ən effektiv və ətraf mühitin qorunması baxımından münasib təyyarəsi olmasını nəzərə alaraq, yeni hava gəmiləri "Silk Way West Airlines" donanmasının dayanıqlılıq hədəflərinə töhfə verməklə yanaşı, həmçinin xidmət və əməliyyat xərcləri baxımından xüsusilə sərfəli bir seçimdir.

“Dünyanın aparıcı təyyarə istehsalçısı olan "Boeing" ilə Azərbaycanın tanınan hava yolu yükdaşıma şirkəti "Silk Way West Airlines" arasında müqavilənin imzalanmasını alqışlayırıq.

Azərbaycanda vahid nəqliyyat sistemi yaradılır və hava yolu nəqliyyatı burada önəmli rol oynayır. İnanıram ki, bu müqavilə regional nəqliyyat qovşağı və beynəlxalq ticarət və kommersiya əlaqələrində etibarlı hava yolu tərəfdaşı kimi Azərbaycanın mövqeyini möhkəmləndirəcək”, - deyə R.Nəbiyev qeyd edib.
 

“Bu razılaşmanın imzalanması şirkətimizin inkişafı istiqamətində atılan növbəti bir addımdır. Əminəm ki, yeni təyyarələrin alınması, layihənin həyata keçirilməsi önümüzdəki 15-20 il ərzində şirkətimizin qlobal hava yolu ilə yükdaşıma bazarındakı aparıcı mövqelərini daha da gücləndirəcəkdir”, - deyə Z.Axundov bəyan edib.


2012-ci ildə İpək Yolunun qəlbi sayılan Bakıda əsası qoyulmuş "Silk Way West Airlines" 350 min tondan ibarət illik yük dövriyyəsi ilə Xəzər dənizi regionunun ən böyük hava yolu ilə yükdaşıma şirkətidir.

Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli aviaşirkət ayda dünyanın 40 istiqaməti üzrə 350 müntəzəm uçuş həyata keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin