Yanvar-mart aylarında neft hasilatının nisbətən aşağı düşməsinə baxmayaraq, dünya enerji bazarlarında qiymətlərin sabitləşməsi şəraitində neft-qaz sektoru üzrə vergi daxilolmaları artıb.
Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən Bizim.Media-ya bildirilib ki, bu ilin birinci rübündə neft-qaz sektorundan daxilolmalar 574,9 milyon manat təşkil edib, proqnozlara nisbətən 136,2 faiz icra olunub, büdcəyə nəzərdə tutulandan 152,7 milyon manat artıq vəsait daxil olub.
MÖVZU İLƏ BAĞLI:
Neftin qiyməti aşağı düşüb
Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları isə ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz və ya 109,2 milyon manat artaraq 1 milyard 510,8 milyon manat təşkil edib.
Qeyri-neft-qaz sektoru üzrə proqnoz 116,2 faiz icra olunub, proqnozdan əlavə 211,1 milyon manat vergi toplanıb.
Bizim.Media