Xəbər verdiyimiz kimi bu günlərdə Milli Məclisdə yaxın 2 ayda növbədənkənar iclasların çağırılması barədə qərar qəbul edilib. Bu da o deməkdir ki, yaxın günlərdə parlamentdə yeni qanun layihələri müzakirə ediləcək. Belə vəziyyətdə isə ilk ağıla gələn 2024-cü ilin Dövlət Büdcəsinə yenidən baxılması məsələsidir.
Nəzərə alaq ki, ötən gün bəzi hökümət üzvləri Milli Məclisin panel iclasında iştirak edib. Bəs, müzakirə obyekti nədir və Dövlət Büdcəsinə yenidən baxılacaqmı?
Suala Millət vəkili Vüqar Bayramov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, ötən gün Milli Məclisdə 2023-cü ilin Dövlət Büdcəsi müzakirə olunub:
“Sözsüz ki, 2024-cü ilin birinci rübündə profisidin yaranması cari ilin büdcəsinə yenidən baxılma imkanlarını artırır. Gözlənilir ki. 2024-cü ilin Dövlət Büdcəsinə yenidən baxılsın. Hələlik parlamentə büdcə sənədi təqdim olunmadığı üçün hansı istiqamətlərə əlavə vəsaitlərin ayrılacağını söyləmək çətindir.
Bununla belə, bildiyimiz prioritet istiqamətlər var. Bunlar işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması, müdafiə qabiliyyətimizin daha da gücləndirilməsi və sosial təminat məsələsidir.
Nəzərə alaq ki, ötən il işğaldan azad olunmuş ərazilərin bərpasına və yenidən qurulmasına, o cümlədən müdafiə qabiliyyətimizin gücləndirilməsinə 11,5 milyard manat vəsait xərclənib. Ola bilsin ki, bu il də həmin istiqamətlərə ayrılan vəsaitlərin həcmi artırılsın.
Təbii ki, sosial təmin xərcləri də prioritetdir.
Nəzərə alaq ki, ƏƏSMN minimum əmək haqqının artırılması haqqında təkliflərini hazırlayıb, noyabrın 1-dək təqdim etməlidir. O baxımdan sosial təminat prioritetliyini saxlayır. Amma bunun daha dəqiqini büdcə layihəsinin təqdimatından sonra biləcəyik”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:00 / 25.05.2024
Minimum əmək haqlarının artırılması ilə bağlı MÜHÜM AÇIQLAMA – “Noyabrın 1-dək...”
Hazırda oxunan: Minimum əmək haqlarının artırılması ilə bağlı MÜHÜM AÇIQLAMA – “Noyabrın 1-dək...”
Hazırda oxunan: Minimum əmək haqlarının artırılması ilə bağlı MÜHÜM AÇIQLAMA – “Noyabrın 1-dək...”
Milli Məclis 2023-cü ilin Dövlət Büdcəsi haqqında müzakirələr keçirərək, 2024-cü ilin büdcəsinə yenidən baxılacaq. Vüqar Bayramov, işğaldan azad olunmuş ərazilərin bərpası, müdafiə qabiliyyəti və sosial təminat kimi prioritet istiqamətləri vurğulayır. ƏƏSMN minimum əmək haqqının artırılması ilə bağlı təkliflərin noyabrın 1-dək təqdim edilməsi gözlənilir.
193838
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.