Asiya İnkişaf Bankının (AİB) yenilənmiş proqnozlarına əsasən, bu il Azərbaycan iqtisadiyyatı 1,9% böyüyəcək.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı AİB yayıb.
Mənbə bildirir ki, ölkə daxilində və xaricdə tələbatın yüksəlməsi ilə artımın 2021-ci ildə bərpa olunaraq 1,9% təşkil etməsi və 2022-ci ildə sürətlənməsi proqnozlaşdırılır.
MÖVZU İLƏ BAĞLI:
Asiya İnkişaf Bankı Azərbaycana ayrılan kreditin həcmini açıqladı
İstehlakçı əminliyinin bərpa olunması və neft gəlirlərinin dövlət investisiyaları üçün əlçatar olması ilə, neft sektorunda artımın iqtisadiyyatın qalan hissəsinin inkişafından geridə qalması gözlənilir.
Azərbaycan COVID-19 peyvəndi üçün müxtəlif təchizat mənbələrinə malikdir, artıq peyvəndləşdirməni başlayıb və 2021-ci ilin sonuna qədər əhalinin 20%-i peyvənd qəbul edəcək.
Təklif sahəsinə gəldikdə, sənaye sektorunda 2021-ci ildə 2,1% və 2022-ci ildə 2,9% artımın baş verməsi və bu artımda qaz hasilatının artmasının və tikinti sektorunun yenidən canlanmasının aparıcı qüvvə olması proqnozlaşdırılır.
Dövlət dəstəyi və fermerlərin maliyyə vəsaitinə daha asan çıxış əldə edə bilməsi, o cümlədən istehsal məsrəflərinin azalması üçün yeni subsidiyanın verilməsi hesabına kənd təsərrüfatının hər iki ildə 3,5% səviyyəsində artım nümayiş etdirməsi gözlənilir.
Hökumətin Azərbaycanla Ermənistan arasında münaqişədən zərər çəkmiş ərazilərin yenidən qurulması ilə bağlı planları 2021 və 2022-ci ildə tikintiyə ciddi təkan verəcək.
Pərakəndə ticarət və turizmin yenidən canlanması nəticəsində 2021-ci ildə xidmətlərdə 2,8% və 2020-ci ildə 4% artımın baş verməsi gözlənilir.
Bizim.Media