Problemli kreditlərə alternativ ÇÖZÜM – “Vətəndaşlar bunu etsələr...”

Hazırda oxunan: Problemli kreditlərə alternativ ÇÖZÜM – “Vətəndaşlar bunu etsələr...”

Problemli kreditlərə alternativ ÇÖZÜM – “Vətəndaşlar bunu etsələr...” Hazırda Azərbaycanda problemli kreditlərin həcmi 454.1 milyon manatdan bir qədər artıqdır. Lakin əvvəlki illərdə bu göstərici daha yüksək olub. Verilən kreditlərdə sonradan ortaya çıxan problemlərin bır sıra obyektiv və subyektiv səbəbləri var. Dünya praktikasında problemli kreditlərin ləğvi üçün müxtəlif üsullar var. Onlardan biri də kreditlərin sığortalanmasıdır. Azərbaycanda isə belə bir praktika yoxdur. Sadəcə bizim ölkəmizdə girov sığortalanır. Bundan əlavə Azərbaycanda 30 min manata qədər olan əmanətlər sığortalanır. Bəs, verilən kreditlər niyə sığortalanmır?

193457

Hazırda Azərbaycanda problemli kreditlərin həcmi 454.1 milyon manatdan bir qədər artıqdır. Lakin əvvəlki illərdə bu göstərici daha yüksək olub. Verilən kreditlərdə sonradan ortaya çıxan problemlərin bır sıra obyektiv və subyektiv səbəbləri var. 

Dünya praktikasında problemli kreditlərin ləğvi üçün müxtəlif üsullar var. Onlardan biri də kreditlərin sığortalanmasıdır. Azərbaycanda isə belə bir praktika yoxdur. Sadəcə bizim ölkəmizdə girov sığortalanır. 

Bundan əlavə Azərbaycanda 30 min manata qədər olan əmanətlər sığortalanır. 

Bəs, verilən kreditlər niyə sığortalanmır?

Son illərdə tez-tez belə hallara rast gəlinir ki, kredit götürən şəxs dünyasını dəyişəndə onun əvəzinə zamanət vermiş şəxs qalan krediti ödəyir. Əgər girov varsa, o zaman girov satılaraq kredit bağlanır. Təbii ki, belə inzibati qaydalar sonda narazılıq yaradır. Ona görə də kreditlərin sığortalanması ən optimal variant hesab olunur.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov maraqlı bir təcrübədən söz açıb:

“Bir müddət öncə kommersiya banklarının birindən kredit götürüb yük avtomobili alan tanışım yol qəzasında dünyasını dəyişdi. Bank isə onun götürdüyü 20 min manat krediti vərəsələrindən tələb etməyə başladı. Ailənin durumu yaxşı olmasa da, kreditin qaytarılması qaçılmaz idi. Tanışları və qohumları dünyasını dəyişən şəxsin vərəsəsinə maddi dəstək olaraq banka olan borcu qaytardılar. 

Belə halların sayı kifayət qədər çoxdur. Dünyasını dəyişən şəxsin kredit öhdəliklərinin vərəsəsinə transfer olunması əksər hallarda ailələr üçün çətinliklər yaradır”.

Millət vəkili qeyd edib ki, hazırda banklar tərəfindən 7 milyard manatdan artıq istehlak kreditləri verilib:

“Bu da 3 milyondan artıq vətəndaşımızın borclanması deməkdir. Göründüyü kimi, həm kreditin ümumi məbləği, həm də borclananların sayı kifayət qədər çoxdur. 

Statistikaya əsasən, istehlak krediti götürənlərin 95 faizinin sığortası yoxdur. Sığortadan istifadə olunmadığından kredit götürən şəxs dünyasını dəyişən zaman vərəsəsi, yəni onun ailəsi borcu qaytarmaq məcburiyyətində qalır. 

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sığortadan istifadə bu riski aradan qaldırır. Nəticədə, əgər krediti götürən şəxs həyat sığotasından istifadə edərsə, bu halda onun bütün riskləri sığortalanmış olur və borclanma onun ailəsi üçün hər hansı potensial çətinlik yaratmır”.

Vüqar Bayramov kreditlər verilən zaman sığortadan istifadə olunmasının əhəmiyyətli olduğunu bildirdi:

“Beynəlxalq praktikaya uyğun olaraq Azərbaycanda da kreditləşmə zamanı sığortadan istifadəni vacib hesab edirik. Sığortadan istifadənin əlavə ödəniş olmasına baxmayaraq, bu borclanan üçün xərcin artmasına səbəb olmayacaq. Çünki kredit faizlərinə təsir göstərən faktorlardan biri də risk amilidir. Risk sığortalanan zaman banklar daha optimal faizlə kredit təklif edə bilirlər. Yəni, sığortadan istifadə istehlak kreditləri üzrə faizlərin də azalmasına gətirib çıxara bilər.

Digər tərəfdən, sığorta haqqı da yüksək olmadığından differensial olaraq ödəniş paylaşdırıla bilir. Bu o deməkdir ki, kredit faizlərini artırmamaqla sığortalanmanı həyata keçirilməsi mümkündür.

Buna görə də, risklərin kompensasiya olunması nəticəsində kredit faizlərinin aşağı düşməsi sığortadan istifadəyə rəğmən kredit götürən şəxslər üçün də əlavə xərc yaratmayacaq. Çünki azalan kredit faizləri sığorta ödənişini kompensasiya edəcək. 
Nəticədə, kredit götürən şəxs dünyasını dəyişərsə, o halda borcu vərəsə, yəni ailə üzvü qaytarmayacaq. Sığorta şirkəti borcu tam olaraq banka ödəyəcək. Bu baxımdan da, sözügedən istiqamətdə beynəlxalq təcrübədən istifadə olunması çox əhəmiyyətlidir”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin