Qarabağ bölgəsi və ətraf rayonlarında 14 çay, 9 su anbarı mövcuddur.
Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Su təsərrüfatında müasir menecmentə ehtiyac var” - DEPUTAT
"Araz, Bərgüşad, Tərtər, Həkəri, Oxçu, Lev, Zabux, Tutqun, Turağay, Bəsit, Qarqar, Quru, Xaçın və Köndələn çayları Qarabağ ərazisindədir.
Bu çayların üzərində Xudafərin, Sərsəng, Qız Qalası, Xaçınçay, Aşağı Köndələnçay, Suqovuşan, Köndələnçay-1, Köndələnçay-2 və Ağdamkənd su anbarları yerləşir. Bu anbarlardan ən böyüyü Xudafərin su anbarıdır (1 milyard 612 milyon kubmetr).
Çaylardan ən böyüyü isə Araz çayıdır. Onun uzunluğu ( 1072) kilometrdir",-deyə o qedy edib.
Bizim.Media