“Ölkəmizdə ixraca meyillənmə çoxalıb” – Şahin Bağırov 

Hazırda oxunan: “Ölkəmizdə ixraca meyillənmə çoxalıb” – Şahin Bağırov 

193237

"Hər hansı iqtisadi artımın əldə edilməsi üçün biznes mühiti yaradılmalıdır. Şəffaf rəqabət mühiti olmalıdır. Bir çox sahələrdə biz daha çox effektiv olmalıyıq. İşğaldan azad edilən ərazilərdə aparılan quruculuq işləri bizi buna sövq edir. Qlobal ticarətin bir tərəfiyik. Əsas hədəfimiz rəqəmsal gömrük prosesini təmin etməklə qlobal ticarətdə iqtisadi artımı təmin etməkdir. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov keçirilən forumda deyib. Onun sözlərinə görə qeyri-neft sektorunda artım müşahidə edilir:

“Bu, o deməkdir ki, ölkəmizdə ixraca meyillənmə çoxalıb. Bəzi azadolmalar da buna müsbət təsir edir”.
Şahin Bağırov bildirib ki, daha etibarlı ölkə iqtisadiyyatını təmin etmək üçün qurumun müxtəlif alətləri var:

"Son illərin ən gözəl nailiyyətlərindən biri avtomatlaşmış risk idarə etmə sistemidir. Bu proses süni intellektə söykənir. Çox az ölkədə bu sistem var və getdikcə inkişaf edir. Bu, həm ticarətə, həm də iqtisadi gəlirlərə müsbət təsir edir. Dövlət qurumu olaraq biz süni intellektə yaxınlaşırıq".

Məhərrəm Əliyev, Leyla Qəhrəmanova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin