Çörək bu tarixdən ucuzlaşacaq – MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Çörək bu tarixdən ucuzlaşacaq – MÜHÜM AÇIQLAMA

Azərbaycanda unun topdansatışı ilə məşğul olan şirkətlərin 50 kiloqramlıq unun qiyməti ucuzlaşmağa başlayıb. Lakin çörəyin qiymətinin ucuzlaşmasına təsir edib-edəcəyi ilə bağlı fikirlər Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin açıqlamalarında əksini tapır.

192030

Xəbər verdiyimiz kimi, Azərbaycanda unun topdansatışı ilə məşğul olan şirkətlər hazırda 50 kiloqramlıq un kisəsini 24,6-26,7 manat arasında təklif edir.

Halbuki, 1 ay əvvəl 50 kiloqramlıq un kisəsinin qiyməti 26-28,5 manat arasında dəyişirdi. Görünən odur ki, 1 ayda unun topdansatış qiyməti 6%-dən çox ucuzlaşıb.
 

MÖVZU İLƏ BAĞLI:

Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcəkmi? - VİDEO


Lakin unun ucuzlaşması çörəyin qiymətinə təsir göstərmir. “Zavod çörəyi” yenə də 50-55 qəpiyə satılır.

Bəs çörək qiymətləri ucuzlaşa bilərmi?

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə görə, yayılan beynəlxalq hesabatlarda bildirilir ki, əvvəlki illərlə müqayisədə bu il taxılçılıq üçün məhsuldar il olub:

“Bu da o deməkdir ki, 2024-cü ildə daha çox ərzaqlıq buğda istehsal olunacaq. Hətta illik tələbatdan ortalama 20 faiz artıq ərzaqlıq buğda istehsalı gözlənilir. Bu da həm Kanada da, həm də Rusiyada taxıl sahələrinin genişlənməsi ilə bağlıdır. 

Rusiyada vəziyyət daha yaxşıdır. Əgər 3 il əvvəl Rusiyada cəmi 30 milyon ton ərzaqlıq buğda ixrac edilibdisə, bu ilə bu rəqəm 60 milyon tona yaxın olacağı proqnozlaşdırılır. Kanada isə öz istehsalını 20 faiz arıtıb. Digər ölkələrdə də vəziyyət yaxşıdır. Ona görə də qış aylarında ucuzlaşan ərzaqlıq buğdanın qiyməti növbəti aylarda da aşağı düşəcək. 

İyun-iyul aylarında isə qiymətlər xeyli ucuzlaşacaq. Yeni mövsümün başlaması ilə əlaqədar anbarlardakı köhnə buğdalar da bazara çıxarılacaq. Nəzərə alaq ki, 2023-cü ildə dünyada ərzaqlıq buğda ümumi ehtiyacdan 10 faiz artıq istehsal olunmuşdu. Bu da o deməkdir ki, həm ötən ilki, həm də yeni məhsul bazara daha çox təklif olunduğuna görə dünyada ərzaqlıq buğdanın qiyməti düşməkdə davam edəcək”. 

“Bu proses Azərbaycana da təsirsiz ötüşməyəcək”. 

Akif Nəsirli bildirib ki, ölkəmizdə ərzaqlıq buğdanın qiyməti ucuzlaşdıqca un istehsalçıları da tədricən unun qiymətini də aşağı salır: 
“Hazırda Rusiyadan alınan ərzaqlıq buğdanın bir tonunun qiyməti 230 dollardır. Bu da imkan verir ki, ölkədə buğdanın qiyməti aşağı düşsün. Çox təəssüf ki, unun qiyməti son bir ildə xeyli ucuzlaşsa da, çörəyin qiyməti cəmi 12-13 faiz ucuzlaşıb. Halbuki, indiki unun qiymətləriylə götürsək, “zavod çörəyi” 35-40 qəpiyə təklif olunmalıydı. 

Nəzərə alaq ki, Azərbaycan höküməti ərzaq təhlükəsizliyi baxımından çörək təminatını hər zaman diqqətdə saxlayır. Hətta ərzaqlıq buğda bir çox gömrük rüsumundan və ƏDV-dən azad edilib. Ona görə də ümid edirik ki, hökumət dünya bazarında baş verən ucuzlaşmanı nəzərə alaraq çörək istehsalçılarının üzərinə gedəcək. Nəticədə yaxın 2 ayda çörəyin qiyməti bir qədər ucuzlaşacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin