Ötən il Azərbaycan iqtisadiyyatı 3,1% tənəzzül edib

Hazırda oxunan: Ötən il Azərbaycan iqtisadiyyatı 3,1% tənəzzül edib

191651
Azərbaycan iqtisadiyyatında müşahidə olunan geriləmə prosesinin bu il zəifləyəcəyi gözlənilir.xa0

Moderator.az Report-a istinadən xəbər verir ki, bunu Bakıda keçirdiyi brifinqdə Beynəlxalq Valyuta Fondunun (IMF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur deyib.

O bildirib ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı 3,1% tənəzzül edib. 2017-ci ildə isə azalma 1% olacaq.

Bununla yanaşı, C.Azur ölkədə inflyasiyanın ikirəqəmli olduğunu da deyib: "Növbəti il üzrə proqnoz vermək tezdir. IV maddə üzrə missiya gələcək və ondan sonra biz 2018-ci il üzrə proqnoz verə bilərik. Əvvəlki proqnozlarımıza əsasən, növbəti ildə artımı 2% civarında gözləyirik".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin