Azərbaycanda avtomobillərin icbari sığorta bazarı böyüyüb

Hazırda oxunan: Azərbaycanda avtomobillərin icbari sığorta bazarı böyüyüb

19162

Bu ilin yanvar-mart aylarında Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 20,826 mln. manat sığorta haqqı yığılıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumat Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında hazırlanıb.

Aparılan hesablamalara görə, bu müddətdə eyni sığorta növü üzrə 14,791 mln. manatlıq ödəniş həyata keçirilib. Beləliklə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları 7,5% artıb, ödənişlər isə 9,4% azalıb.

Hesabat əsasən, cari ilin I rübündə avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə 7,493 mln. manat sığorta haqqı yığılıb, 3,281 mln. manat ödəniş edilib. Bu, illik müqayisədə müvafiq olaraq 38,9% azalıb və 1,5% artıb.

Xatırladaq ki, 2021-ci ilin I rübündə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 248,989 mln. manat həcmində sığorta haqqı yığılıb və 145,345 mln. manat həcmində ödəniş həyata keçirilib. Bu, illik müqayisədə müvafiq olaraq 3,4% və 88,5% çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin