Pambıqçılığın inkişafına akademik tövsiyyə: "Zavodun inşası zamanın tələbidir..."

Hazırda oxunan: Pambıqçılığın inkişafına akademik tövsiyyə: "Zavodun inşası zamanın tələbidir..."

191549
Azərbaycan vaxtilə pambıqçılıq sahəsində böyük nailiyyətlər qazanmışdı. Ötən əsrin 70-80-ci illərində Azərbaycanda bir milyon tona yaxın pambıq istehsal olunurdu. Ancaq sonralar bu sahə diqqətdən kənarda qalmışdı. Azərbaycan Prezidentinin qeyr-neft sektorunun inkişafına göstərdiyi diqqət bu sahənin də yenidən dirçəlməsinə şərait yaradıb. Dövlət başçısının pambıqçılığın inkişafı ilə əlaqədar keçirdiyi müşavirə, verdiyi tapşırıqlar pambıq sahələrinin genişləndirilməsinə, məhsuldarlığın artırılmasına şərait yaradıb.
xa0 xa0
Ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu pambıq sahələrində məhsuldarlığı artırmaq üçün müxtəlif rayonlarda sınaq-təcrübə işləri həyata keçirir.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Moderator.az-a açıqlamasında bildirib ki, Neftçala rayonundakı fermer təsərrüfatında “Ağqızıl”x9d pambıq sortu əkilib, mütəmadixa0
olaraq torpaq sahəsinin su-istilik rejiminə nəzarət edilib, fazalar üzrə fenoloji müşahidələr aparılıb.
Pambığın tam inkişaf fazasına çıxdığı dövrdə üzvi maddələrin tətbiq edildiyi təcrübə variantı ilə nəzarət variantı arasında pambıq qozalarının sayına görə 50% artımın olduğu müşahidə edilib.
xa0xa0
Təcrübələr, həmçinin, “ Gəncə-8”x9d pambıq sortu üzərində də aparılıb. Artıq kifayət qədər müsbət nəticələr əldə olunub.
Əlövsət Quliyevin sözlərinə görə, Salyan düzünün və xüsusilə Neftçala rayonunun torpaqlarının Azərbaycanın Kür-Araz ovalığında olan digər torpaqlar kimi, münbitlik göstəriciləri çox aşağıdır. İnstitun elmi işçiləri müəyyən ediblər ki, Neftçala rayonu ərazisində olan Kür çayının deltasında toplanmış milyon tonlarla lilin zəngin mineraloji tərkibi var. Üzvi gübrələrin, bakteriyaların və Kür lilinin qarışığından alınan zəngin qida maddələri rayonların qüvvədən düşmüş torpaqlarının münbitliyinin artırılmasında geniş istifadə oluna bilər. Bu üzvi gübrələrin hazırlanması üçün rayon rəhbərliyinin təşəbbüsü ilə xeyli iş görülüb.xa0
Lakin son mərhələdə bakteriyaların əldə olunmasında çətinliklər yaranıb. Bunun üçün vəsait olarsa, qısa müddət ərzində milyon tonlarla üzvi gübrələrin istehsal edilib sahələrə verilməsi və ekoloji təmiz kənd təsərrüfatı məhsullarının alınması mümkündür. Kimyəvi mineral gübrələrin torpaqlara geniş həcmdə verilməsi torpaqların münbitliyini aşağı salmaqla yanaşı, orada olan canlı orqanizmləri məhv edir, torpaqların strukturunu pozur və min illərlə təmizlənə bilməyən qrunt sularını zəhərləyir. Qeyd olunanlar nəzərə alınaraq Neftçala rayonunda üzvi gübrələr istehsal edən zavodun inşası artıq zamanın tələbidir.
xa0
Professor Əlövsət Quliyev deyib ki, institut əməkdaşları həmçinin Saatlı rayonunda xa0geniş ərazidə (60 ha) torpaq tədqiqatları apararaq hazırda torpaqların münbitlik vəziyyətinin müəyyən edilməsi üzərində çalışırlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin