Azərbaycan Macarıstandan 50 ədəd elektrikli “Ikarus” avtobusu alacaq.
Bizim.Media xəbər verir ki, bunu “Ikarus Group”un baş direktoru Roland Feher bildirib.
Onun sözlərinə görə, ilk avtobuslar Bakıya bir il ərzində gələcək və sonra onların təchizatı artacaq:
"Üç ildən sonra Azərbaycanda ildə 600 avtomobil istehsal etmək gücündə olan “İkarus” zavodu tikiləcək. Biz Azərbaycana 8,5 metr və 12 metr uzunluğunda, sıfır emissiyalı elektrik avtobusları gətirəcəyik. Elektrikli avtobuslarımız həm də Azərbaycanın ətraf mühitinin qorunmasına və iqlim dəyişikliyi ilə mübarizəyə xidmət edəcək. Almaniya, Yunanıstan, Rumıniya, Polşa və digər Aİ ölkələri ilə yanaşı, “İkarus” keçmiş SSRİ-nin türk ölkələrinə də ixrac edilir".
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:53 / 29.04.2024
Azərbaycan Macarıstandan elektrikli "Ikarus” avtobusları alacaq
Hazırda oxunan: Azərbaycan Macarıstandan elektrikli "Ikarus” avtobusları alacaq
Hazırda oxunan: Azərbaycan Macarıstandan elektrikli "Ikarus” avtobusları alacaq
189497
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.