Azərbaycan iqtisadiyyatına nə qədər kredit qoyulub?

Hazırda oxunan: Azərbaycan iqtisadiyyatına nə qədər kredit qoyulub?

188952

2024-ci il aprel ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 25 milyard 442.7 milyon manat təşkil edib.

Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu cari ilin əvvəli ilə müqayisədə 6.1% çoxdur.

2023 ilin aprel ayının 1-i ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşları 23.1% və ya 4 milyard 777.9 milyon manat artıb. 
Belə ki, ötən ilin aprel ayının 1-nə kredit qoyuluşlarının həcmi 20 milyard 664.8 milyon manat təşkil edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin