2024-cü ilin I rübündə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün xərclənən vəsait açıqlanıb.
Maliyyə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, bu, 2024-cü ilin 1-ci rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatda bildirilib.
“2024-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 3825,0 milyon manat vəsaitin hesabat dövrü ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş sifariş sənədləri əsasında 31,9 faizi və ya 1220,7 milyon manatı ayrılıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 58,6 milyon manat və ya 5% çoxdur”, - rəsmi məlumatda qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:47 / 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
Hazırda oxunan: Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
Hazırda oxunan: Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
188592
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.