Azərbaycanda elektron siqaretlər qadağan oluna BİLƏR 

Hazırda oxunan: Azərbaycanda elektron siqaretlər qadağan oluna BİLƏR 

188560

“Bir növ siqaret çəkmə üsulu var ki, dünyanın bir çox ölkələrində getdikcə qadağan edilir. Bu, Azərbaycanda da geniş yayılmış siqaret çəkmə formasıdır. Bunlar buxarlanma yolu ilə ingiliscə “vape” adlanan birdəfəlik siqaretlərdir”. 

Bizim.Media xəbər verir ki,  bunu Milli Məclisin bu gün keçirilən iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili Milli Məclisin iclasında deyib. 

“Araşdırmama görə, bu, gənclər arasında geniş yayılan, dəb, moda halını alan, amma gələcəkdə çox ciddi şəkildə fəsadlara yol açacaq növdür. Əgər xanım sədr, siz də icazə versəydiniz, Aqrar siyasət komitəsi ilə kiçik araşdırma aparardıq. Əksər ölkələrdə bu, qadağandır. 
Azərbaycanda qadağan deyil və il ərzində təxminin 3 milyona yaxın birdəfəlik elektron siqaret ölkəmizə idxal olunur. Əgər iqtisadi cəhətdən zərər verməzsə və ya digər məsələlər önə çıxmazsa, biz bu məsələ ilə bağlı təşəbbüslə çıxış edə bilərik”, - deputat vurğulayıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin