Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 6 %-ə yaxın artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,8 % artaraq 2 milyard 827,4 milyon manat təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, bunun 2 milyard 136,9 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,6 %-ni təşkil edib.
Hesabat dövründə ödənişli xidmətlərin dəyərinin 612,5 milyon manatı dövlət, 2 milyard 214,9 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb.
Üç ayda hər bir ölkə sakini orta hesabla 277,6 manatlıq və yaxud 1 il əvvələ nisbətən 20,2 manat çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
Bizim.Media