Dünya bazarında ərzaq qiymətləri aşağı düşüb. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) Ərzaq Qiymətləri İndeksi yanvar ayı ilə müqayisədə fevralda 0,9 bənd (0,7%) aşağı düşərək 117,3 bənd təşkil edib. Yəni ərzaq qiymətlərinin ucuzlaşması qeydə alınıb. Tendensiya mart ayında da davam edib.
Maraqlıdır, ərzaq qiymətlərindəki ucuzlaşma Azərbaycan bazarına necə təsir göstərib?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Xalid Kərimli deyib ki, ucuzlaşma Azərbaycanda da hiss olunur:
“Əvvəl 50 kiloqramlıq un kisəsi 42-43 manat idi. Çörəyin qiyməti 70 qəpiyə qalxmışdı. Bir müddətdir 55 qəpiyə satılır. Duru yağların qiyməti bahalaşmışdı, xüsusilə, Rusiya-Ukrayna müharibəsi ərəfəsində bir neçə dəfə bahalaşma müşahidə edilirdi, sonradan ucuzlaşdı. Bu enişləri biz un məhsullarında, duru yağlarında hiss elədik”.
Ekspert hesab edir ki, ərzaq qiymətlərinin ucuzlaşması Azərbaycan bazarına 6-9 ay ərzində təsir edir:
“Çünki birjada qiymətin formalaşması və Azərbaycan bazarına, mağaza piştaxtalarına gəlib çıxması müəyyən müddət tələb edir. Yəni həmin anda alqı-satqının qiyməti başqa olur. İdxalçı onu alır, bunun yolu, anbar qalıqları var. Bunların hamısı yenilənənə qədər müəyyən müddət keçir”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:30 / 19.04.2024
Azərbaycanda bu ərzaq məhsulları UCUZLAŞDI – SİYAHI
Hazırda oxunan: Azərbaycanda bu ərzaq məhsulları UCUZLAŞDI – SİYAHI
Hazırda oxunan: Azərbaycanda bu ərzaq məhsulları UCUZLAŞDI – SİYAHI
187786
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.