"Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklik üçün Milli Məclisdə müzakirələr başlanıb. Verilən məlumata görə qanuna edilən dəyişiklikdə ölkədə istehsal edilən siqaretin keyfiyyətinin yüksəldilməsi birinci şərtdir. Ona görə də qanuna dəyişikliyə əsasən, Azərbaycanda tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sistemi tətbiq ediləcək.
Bundan əlavə qanun layihəsində qeyd olunur ki, tütün məmulatlarının istehsalı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınması və reyestrinin aparılması da həyata keçiriləcək. Bu mexanizm cəmiyyətin maraqlarının, o cümlədən, əhalinin sağlamlığının təmin olunmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlib.
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, istənilən hökümət, o cümlədən də Azərbaycan höküməti spirtli içkilərin və tütün məmulatlarının qiymətlərinin artırılmasından çəkinmir:
“Çünki, bu sosial məsəl deyil. Ona görə də bu sahədəki qiymət artımı əhalidə ciddi narahatlıq yaratmır. Təbii ki, tənzimləyici addımlar nə qədər çox olacaqsa, lisenziya və icazələrin qiyməti nə qədər baha olacaqsa, bir o qədər də tütün məmulatlarının qiymətinin artmasının şahidi olacağıq.
Amma burda bir həssas məqam var. Əgər ölkəmizdə tütün məmulatlarının qiyməti həddindən artıq yüksək olsa, onda qaçaqmalçılıq yolu ilə siqaretin gətirilməsinə daha çox şahidlik edəcəyik. Bununla belə qanunvericiliyə ediləcək bu dəyişiklik siqaretin qiymətinin bahalaşmasına səbəb olacaq”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:30 / 17.04.2024
Siqaret yenidən bahalaşacaq – MÜHÜM AÇIQLAMA
Hazırda oxunan: Siqaret yenidən bahalaşacaq – MÜHÜM AÇIQLAMA
Hazırda oxunan: Siqaret yenidən bahalaşacaq – MÜHÜM AÇIQLAMA
187464
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.