Niderlanddan Azərbaycana birbaşa xarici investisiyalar ARTIB

Hazırda oxunan: Niderlanddan Azərbaycana birbaşa xarici investisiyalar ARTIB

186603

2023-cü ildə Niderlanddan Azərbaycana birbaşa xarici investisiyalar (BXİ) 188,178 milyon ABŞ dolları təşkil edib.

Bizim.Media Azərbaycan Mərkəzi Bankının məlumatına istinadən xəbər verir ki, bu göstərici 2022-ci illə müqayisədə 198,7 faiz və ya 2,98 dəfə artıb.

Azərbaycana Niderlanddan gələn BXİ-nin ümumi BXİ-də payı 2,8 faiz olub.

Öz növbəsində, Azərbaycandan Niderland iqtisadiyyatına birbaşa xarici investisiyalar 98,199 milyon dollar (artım 70,42 faiz, xüsusi çəkisi isə 3,2 faiz) təşkil edib.
Xatırladaq ki, 2023-cü ilin sonunda Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalar 6,658 milyard ABŞ dolları (artım 6,1 faiz) olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin