2023-cü ilin sonuna fiziki şəxslərdən Azərbaycandan Almaniyaya pul köçürmələrinin həcmi 23,601 milyon dollar təşkil edib.
Bizim.Media Azərbaycan Mərkəzi Bankının məlumatına istinadən xəbər verir ki, bu göstərici 2022-ci ilin göstəricisi ilə müqayisədə 5,92 faiz artıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycana xaricdən pul köçürmələri 2.8 milyard manat azalıb
Köçürmələrin ümumi həcmində Almaniyaya edilən transfertlərin payı 4,3 faiz təşkil edir.
Qeyd edək ki, 2023-cü ilin sonuna fiziki şəxslərdən Azərbaycandan xarici ölkələrə pul köçürmələrinin həcmi 550,126 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycandan pul köçürmələrinin həcmi 664,798 milyon dollar təşkil edib.
Bizim.Media