Bakı Oksford Məktəbi dövlət nəfinə alındı - 24 milyon 700 min manat...

Hazırda oxunan: Bakı Oksford Məktəbi dövlət nəfinə alındı - 24 milyon 700 min manat...

185634

Bakının Badamdar qəsəbəsində yerləşən məşhur Bakı Oksford Məktəbi dövlət nəfinə alınıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, məktəb binasının müsadirə edilməsi ilə bağlı məhkəmə hökmü bu yaxınlarda icra edilib. Məktəbin binası ümumilikdə 24 milyon 700 min manat qiymətləndirilib.

Aldığımız məlumata görə, məktəb hələ də eyni binada fəaliyyətini davam etdirir. Rəhbəri isə yenə Rasim Məmmədov​un həyat yoldaşı Mehriban Məmmədovadır.
Qeyd edək ki, M.Məmmədovanın əri “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədov korrupsiya cinayətləri ilə bağlı 14 il azadlıqdan məhrum edilib. Cinayət işində qeyd edilir ki, Bakı Oksford Məktəbi onun cinayət yolu ilə əldə etdiyi pulla tikilib. Bu səbəbdən məktəbin binası Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müsadirə edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə isə hökm qanunu qüvvəyə minib.





Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin