Türkiyədə illik inflyasiya 68,5%-ə yüksəldi

Hazırda oxunan: Türkiyədə illik inflyasiya 68,5%-ə yüksəldi

185439

Türkiyədə illik inflyasiya mart ayında 68,5%-ə yüksəlib. Bu isə ötən aya nisbətən 1,43% çoxdur.

Bizim.Media Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, fevral ayında bu rəqəm 67,07% təşkil edib. 

Məlumata görə, mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 3,16%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 15,06% artıb.

Ötən ilin eyni ayına nisbətən ən az artım 50,10% ilə geyim və ayaqqabı qiymətlərində, ən çox artım qeydə alınan əsas qrup isə 104,07% ilə təhsil sektoru olub.

Qeyd edək ki, mart ayında qeydə alınan inflyasiya ötən ilin iyun ayından bəri ən yüksək göstəricidir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin