AMB: Xüsusi tənzimləmə rejimində iştirak üçün müraciətlərin qəbuluna başlanılır

Hazırda oxunan: AMB: Xüsusi tənzimləmə rejimində iştirak üçün müraciətlərin qəbuluna başlanılır

185394

Mərkəzi Bank 2024-2026-cı illərdə “Maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində maliyyə bazarlarında göstərilən maliyyə xidmətlərinin rəqəmsallaşdırılması, həmçinin yerli bazar üçün yeni innovativ maliyyə məhsullarının təqdim olunması və bununla da ölkəmizdə maliyyə inklüzivliyinin artırılması istiqamətində davamlı tədbirlər həyata keçirməyi hədəfləyir.

Mərkəzi Bankdan Bizim.Media-ya bildirilib ki, bu istiqamətdə mühüm təşəbbüslərdən olan “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası” Mərkəzi Bank tərəfindən bu il yanvarın 31-də təsdiq edilərək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Xüsusi tənzimləmə rejimi maliyyə bazarlarında innovativ maliyyə məhsullarının məhdud çərçivədə və Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsinin qaydalar toplusunu əks edir.
Xüsusi tənzimləmə rejimi meyarlara uyğun gələn və test rejimində aparılan sınağının nəticəsi uğurlu olan məhsulların bazara təqdim olunması üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədini daşıyır.

Bu rejimin iştirakçısı innovativ maliyyə məhsulunun sınağını Mərkəzi Bank ilə bağlanılacaq müqavilə əsasında həyata keçirəcək. Müqavilənin bağlanması zamanı sınaq müddəti 12 ay olacaq.

Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün müraciətlərin qəbulu mayın 1-dən 31-dək davam edəcək.

Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün Mərkəzi Banka “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nın 4.2-ci bəndində qeyd olunan sənədləri və məlumatları xüsusi internet səhifə (sandbox.cbar.az) vasitəsilə və ya yazılı şəkildə təqdim etmək mümkündür.

Xüsusi tənzimləmə rejimi ilə bağlı suallar yarandığı təqdirdə [email protected] ünvanına müraciət etməyiniz xahiş olunur.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin