Azərbaycan və Rumıniya enerji sahəsində anlaşma memorandumunun imzalanması MÜZAKİRƏ EDİLDİ

Hazırda oxunan: Azərbaycan və Rumıniya enerji sahəsində anlaşma memorandumunun imzalanması MÜZAKİRƏ EDİLDİ

185226

Azərbaycan və Rumıniyanın enerji tənzimləmə qurumları arasında uzunmüddətli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə anlaşma memorandumunun imzalanması məsələsi müzakirə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyindən (AERA) məlumat verilib.

Bildirilib ki, Agentlikdə Azərbaycan və Rumıniya hökumətləri arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın Bakıda keçirilən 8-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rumıniyanın Energetika Sahəsində Milli Tənzimləmə Qurumunun (ANRE) prezidenti Corce-Serciu Nikulesku ilə görüş olub.

AREA-nın İdarə Heyətinin sədr müavini Rövşən İsmayılov iki tənzimləyici qurum arasında mövcud əməkdaşlıq əlaqələrindən söz açıb. ANRE-nin prezidenti Corce-Serciu Nikulesku səmimi qəbula görə təşəkkür edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, AERA ilə ANRE arasında 2018-ci ildən əməkdaşlıq əlaqələri mövcuddur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin