Depozit faizlərinə ən çox vəsait xərcləyən banklar – SİYAHI 

Hazırda oxunan: Depozit faizlərinə ən çox vəsait xərcləyən banklar – SİYAHI 

184568

Azərbaycanın kommersiya banklarının depozit faizlərinə xərclədiyi vəsaitlərin ümumi həcmi məlum olub. 

Bizim.Media-nın bankların 2023-cü ili əhatə edən hesabatları əsasında apardığı araşdırmalardan aydın olur ki, sözügedən vəsaitin ümumi həcmi 612 757 manat təşkil edib. 

Bu da bankların xərclədiyi ümumi vəsaitlərin (3 136 892 manat) cəmi 19.54 fazinə bərabərdir.

Birinci sırada dayanan “Kapitalbank”ın depozit xərcləri 80 370 manat olub ki, bu da ümumi həcmin 13.11 faizini təşkil edir. 
Azərbaycan Beynəlxalq Bankının xərcləri 98 283 manat (16.03 faiz), “Unibank”ın xərcləri 57 444 manat (9.37 faiz) olub. 

Sözügedən istiqamət üzrə “Paşa Bank” 47 392 manat (0.71 faiz), “Bank Respublika” 36 445 manat (5.95 faiz), “Accessbank” 64 128 manat (10.46 faiz), “Rabitə Bank” 18 467 manat (3.01 faiz), “Bank of Baku” isə 38 032 manat (6.21 faiz) sərf edib.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin