Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO

Hazırda oxunan: Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu İMZALANDI - FOTO

184489

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndə heyətinin Macarıstana səfəri çərçivəsində Macarıstan Rəqabət Qurumu ilə ikitərəfli görüş keçirilib.

Dövlət Xidmətindən Bizim.Media-ya bildirilib ki, görüş zamanı qurumlar arasında qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi imkanları müzakirə edilib. 

Rəqabətin inkişafı sahəsində ən yaxşı təcrübələrin öyrənilməsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin Dövlət Xidmətinin fəaliyyət istiqamətləri, bu il iyulun 1-dən qüvvəyə minəcək Rəqabət Məcəlləsi və məcəlləyə əsasən rəqabət orqanının tənzimləmə siyasəti və nəzarət alətlərindən bəhs edilib.

Sonda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Macarıstan Rəqabət Qurumunun rəhbəri Ksaba Balaş Riqo imzalayıblar.
Memoranduma əsasən, tərəflər rəqabətin təşviqi və strategiyaların hazırlanması, müvafiq sahədə qanunvericilik və rəqabət siyasətinin inkişafı, o cümlədən qanun pozuntularının təhlili istiqamətində təcrübə mübadiləsi həyata keçirəcəklər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin