Rusiyada təyyarə biletlərinin qiyməti kəskin ARTDI 

Hazırda oxunan: Rusiyada təyyarə biletlərinin qiyməti kəskin ARTDI 

184112

Bu ilin ilk iki ayında Rusiya daxilində uçuşlar üçün aviabiletlərin orta qiymətləri əhəmiyyətli dərəcədə artıb. 

Bizim.Media RBC-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Dövlət Statistika Xidmətinin verilənlərindən məlum olub. 

Belə ki, yanvarda artım illik ifadədə 33,9 % təşkil edib, fevralda isə sürətlənib – qiymətlər artıq 42 % artaraq ekonom sinifdə min km uçuş üçün 7 244 rubla (134 AZN) çatıb. 

Fevral ayının orta qiyməti 2022-ci ilin pik aviasiya mövsümündəki qiyməti artıq üstələyib (həmin ilin iyulunda min km uçuş üçün qiymət 6 621 rubla (122 AZN) yüksəlmişdi). Nəşr vurğulayıb ki, ənənəvi olaraq yay aylarında tələbat artdığı üçün biletlər bahalaşır. Məsələn, ötən ilin iyul ayında uçuşun orta qiyməti min km üçün 7 638,95 rubl (141 AZN) təşkil edib. 
Bununla yanaşı, fevral ayında orta qiymətlərin aylıq dinamikası (bu ilin yanvar ayı ilə müqayisədə) 12,7 % artıb. Bu, azı 2008-ci ildən bəri fevral ayında baş vermiş ən kəskin qiymət artımıdır. 2023-cü ilin fevral ayında aviabiletlərin qiyməti həmin ilin yanvar ayı ilə müqayisədə cəmi 6,2 %, 2022-ci ildə 2,5 %, 2021-ci ildə 7,6 %, əvvəlki illərdə isə 1-2 % artıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin