ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu il üçün faiz endirimi proqnozunu saxlamasından sonra ABŞ dolları və istiqrazların gəlirliliyi gerilədikcə, qızıl qiymətləri rekord səviyyəyə qalxıb.
Bizim.Media bu barədə Reuters-ə istinadən xəbər verir.
Belə ki, hərraclarda spot qızılın qiyməti 1% bahalaşaraq bir unsiyası üçün 2208,30 dollara çatıb.
Bahalaşmanın əsas səbəbi isə məhz FED-in dollarla bağlı qərarlarıdır. Belə ki, dolların uçot dərəcələrinin azaldılması ilə bağlı proqnoz valyuta ehtiyatlarının qızılda saxlanılmasını daha səmərəli edir. Nəticədə, qızıla artan maraq və tələb qiymətlərin də artmasına səbəb olur.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:51 / 21.03.2024
Qızılın qiyməti rekord həddə ÇATDI
Hazırda oxunan: Qızılın qiyməti rekord həddə ÇATDI
Hazırda oxunan: Qızılın qiyməti rekord həddə ÇATDI
183606
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.