ABŞ Rusiyaya qarşı sanksiyaları GENİŞLƏNDİRDİ

Hazırda oxunan: ABŞ Rusiyaya qarşı sanksiyaları GENİŞLƏNDİRDİ

183508

ABŞ Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiyanın iki vətəndaşı və iki təşkilat sanksiya siyahısına əlavə edilib.

Məhdudlaşdırıcı tədbirlərə kompüter proqramı təminatının hazırlanması ilə məşğul olan Şirkətlər Qrupu və ictimai-siyasi layihələr hazırlayan Biznes Konsaltinq Agentliyi daxildir.
Sanksiya siyahısına hər iki şirkətlə əlaqəli olan İlya Qambaşidze və Nikolay Tupikin də əlavə edilib. Həmin şəxslərin ABŞ-dakı maliyyə aktivləri dondurulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin