Azərbaycanda ümumi daxili məhsul istehsalı 5 faiz AZALIB

Hazırda oxunan: Azərbaycanda ümumi daxili məhsul istehsalı 5 faiz AZALIB

182874

Cari ilin ilk 2 ayı ərzində Azərbaycanda 18576,9 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,0 faiz azdır.

Bizim.Media xəbər verir ki, bu göstərici Dövlət Statistika Komitəsinin son hesabatında əks olunub.

Ötən ilin eyni dövründə bu göstərici 19724,7 milyon manat dəyərində olub.
Cari ildə əldə edilən göstəricinin 506,7 min manatı və ya 2,7 faizi kənd təsərrüfatının üzərinə düşür.

Sənaye sahəsi üzrə ÜDM istehsalı 7415,6 milyon manat olub ki, ümumi dəyərin 39,9 faizini təşkil edir.

ÜDM istehsalının 9,9 faizi ticarət sahələrinin, yəni nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,5 faizi tikinti, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 19,8 faizi digər sahələrin payına düşüb.

Qeyd edək ki, məhsula və idxala xalis vergilər ÜDM-in 11,3 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM isə 1824,1 manata bərabər olub.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin