“Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 478 milyon manat vəsait ayrılıb. 2024-cü il yanvarın 1-dən kənd təsərrüfatı sahəsi üzrə vergi güzəştlərinin daha 3 il müddətinə uzadılıb”.
Bizim.Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən plenar iclasında hökumətin hesabatı zamanı deputatların suallarını cavablandırarkən bildirib.
Əli Əsədov bildirib ki, su ehtiyatlarından səmərəli istifadə olunması, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi tədbirləri üçün 2023-cü ilin dövlət büdcəsindən 408 milyon manat vəsait yönəldilib. Vurğulanıb ki, su sahəsində fəaliyyət göstərən qurumlarda institusional islahatlarının aparılması su ehtiyatlarından səmərəli istifadəyə və su təsərrüfatının təkmil idarə olunmasına ciddi töhfə verəcək.
Baş nazir qeyd edib ki, hesabat ilində Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində və nəqliyyat dəhlizlərinin inkişafında rolu daha da güclənib və Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı artıq 8-ə çatıb. Eyni zamanda, ölkəmizdə bərpaolunan enerjinin istehsalı, beynəlxalq nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin artırılması istiqamətində mühüm işlər görülür.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
07:29 / 16.03.2024
Baş nazir: “Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 478 milyon manat vəsait ayrılıb”
Hazırda oxunan: Baş nazir: “Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 478 milyon manat vəsait ayrılıb”
Hazırda oxunan: Baş nazir: “Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 478 milyon manat vəsait ayrılıb”
182815
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.