Əksər sığorta şirkətlərinin yığımları niyə AZALIB? – AÇIQLAMA 

Hazırda oxunan: Əksər sığorta şirkətlərinin yığımları niyə AZALIB? – AÇIQLAMA 

182736

Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən 17 sığorta şirkəti vasitəsilə 139,114 milyon manat sığorta haqqı toplanılıb ki, bu ötən ilin eyni dövrünə nisbətən 3,9 % çoxdur. 

Bizim.Media xəbər verir ki, bəzi şirkətlərin sığorta haqlarında ciddi azalmalar baş verib.

Belə ki, “Xalq Sığorta” şirkəti 2024-cü ilin yanvar ayında 1,15 milyon manat sığorta haqqı toplaya bilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə azdır. 

Yaxud “A-Qroup Sığorta Şirkəti” ASC-nin yanvar ayında topladığı sığorta haqlarının ümumi məbləği 1,046 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 591 milyon manat və ya 81.5 faiz azdır. 

“Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin sığorta haqlarında kəskin azalma qeydə alınıb. Belə ki, əgər yanvar ayında bu vəsaitlər 5 004 milyon manat olubsa, bu, ötən ilin eyni dövründə 15 933 milyon manat təşkil edib. Bir illik azalma isə 10 929 manat və ya 68.6 faiz həcmindədir. Digər şirkətlər də yanvar ayını ciddi kəsrlərlə başa vurublar.

Bəs, bu azalma nə ilə bağlıdır?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan sığorta sahəsi üzrə ekspert İlkin İbrahimli də sığorta yığımları ilə bağlı ümumi vəziyyətin yaxşı olduğunu təsdiq edib.

Bununla belə, ekspert düşünr ki, sözügedən statistikada əks olunan göstəriciləri daha da dəqiqləşdirmək üçün bir neçə ay ötməlidir:

“Yalnız bundan sonra konkret fikir söyləmək olar. Çünki yanvar ayının göstəriciləri hər kəsi aldada bilər. Buna görə də bir qədər gözləmək lazımdır. Ancaq adətən artımlar həyat sığortalarında dinamik şəkildə baş verir. Digər şirkətlərində isə toplanan sığorta haqlarının həcmi daha çoxdur”.  

İri sığorta şirkətlərində yığımlarla bağlı problemlərin həmişə olduğunu söyləyən ekspertin sözlərinə görə, onlar ödənişlər və yığımlarla bağlı həmişə kiçik şirkətləri sıxışdırmağa çalışıblar: 

“Bu da müştəri xidmətlərinə mənfi təsir edir. Onların bazar payı artdıqca, sığorta məhsulunu təqdim etmələrində çoxsaylı problemlər yaranır. Problemin tənzimlənməsi də Mərkəzi Bank tərəfindən həyata keçirilməlidir. Ədalətli sistemlər və stimullaşdırıcı proqramlar tətbiq edilməlidir ki, digər sığorta şirkətləri də bazardan çıxmasın. Əgər onlar bazarı tərk edərlərsə, ölkədə rəqabət qabiliyyəti aşağı düşəcək. Bir sözlə, bu sektorda sığorta məhsulu nə qədər çox olarsa, rəqabət mühiti də bir o qədər çox olar”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin