Özəlləşdirmə və icarədən büdcəyə 25,7 milyon manat daxil olub - FOTO

Hazırda oxunan: Özəlləşdirmə və icarədən büdcəyə 25,7 milyon manat daxil olub - FOTO

182404

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-fevral ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 25,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Bu barədə Bizim.Media Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-fevral ayları ərzində 10 hərrac keçirilib. Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 98 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu ilin yanvar-fevral ayları ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 119 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatı vasitəsilə 17 onlayn qoşulma reallaşıb.

Cari ilin yanvar-fevral ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 18,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26% çoxdur.

Dövlət Xidməti tərəfindən bu ilin yanvar-fevral ayları ərzində 78-i qeyri-yaşayış, 375-i isə torpaq sahələri üzrə olmaqla 453 yeni icarə müqaviləsi bağlanılıb.

2024-cü ilin ilk 2 ayında daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 7,1 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 21% artım qeydə alınıb.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin