Azərbaycan ən çox bu ölkələrlə ticarət EDİR 

Hazırda oxunan: Azərbaycan ən çox bu ölkələrlə ticarət EDİR 

182380

2024-cü ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 131 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 72 ölkəyə məhsul ixrac olunub, 124 ölkədən idxal olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumat bildirilib. 

Məlumata görə, 2024-cü ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 3270,0 milyon ABŞ dolları təşkil edib. 

Ticarət dövriyyəsinin 2127,9 milyon dollarını və ya 65,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 1142,1 milyon dollarını (34,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib. Nəticədə 985,8 milyon dollar məbləğində müsbət saldo yaranıb. 

2023-cü ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 28,8 faiz, real ifadədə 18,0 faiz, o cümlədən idxal 29,7 faiz, ixrac isə 12,8 faiz azalıb. 

2024-cü ilin yanvar ayında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni ayı ilə müqayisədə faktiki qiymətlərlə 22,0 faiz, real ifadədə 30,0 faiz azalaraq 222,0 milyon dollar təşkil edib. 

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, ölkənin xarici ticarət dövriyyəsinin 16,7 faizi İtaliya, 15,9 faizi Türkiyə, 10,1 faizi İsrail, 8,9 faizi Rusiya, 7,3 faizi Çin, 4,0 faizi Tailand, 3,1 faizi Hindistan, 3,0 faizi Portuqaliya, 2,6 faizi Tunis, 2,4 faizi Gürcüstan, 2,2 faizi İndoneziya, 2,1 faizi Bolqarıstan, 2,0 faizi Almaniya, 1,7 faizi Belarus, hər biri 1,6 faiz olmaqla İspaniya və Yunanıstan, 1,4 faizi ABŞ, 1,3 faizi İran, 1,2 faizi Ukrayna, 1,1 faizi Türkmənistan, 9,8 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin