Bu il ölkəmizdə inflyasiya neçə FAİZ OLACAQ? – Fərqli PROQNOZLAR

Hazırda oxunan: Bu il ölkəmizdə inflyasiya neçə FAİZ OLACAQ? – Fərqli PROQNOZLAR

182253

Niderlandın “ING Group” şirkəti 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanın 4.4%, 2025-ci ildə 5.5% olacağını proqnozlaşdırır.

Şirkətin proqnozlarında, bu il və gələn il üçün açıqlanan yeni proqnozun fevral ayında açıqlanan proqnoza nisbətən 0.1 faiz bəndi az olduğu diqqətə çatdırılır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda illik inflyasiya nə qədərdir? - RƏSMİ STATİSTİKA 


Qeyd edək ki, İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5.3%, 2025-ci ildə 4.9% olacağını proqnozlaşdırıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə isə bu il Azərbaycanda orta illik inflyasiya 5.9% təşkil edəcək, 2025-ci ildə 3.9%-dək azalacaq.

Bəs, bu proqnozlardan hansı özünü doğrulda bilər?

Bizim.Media-nın bu və digər suallarını cavablandıran Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramovun sözlərinə görə, həm Azərbaycan hökumətinin, həm də beynəlxalq təşkilatların hesabatlarında, 2024-cü ildə inflyasiya səviyyəsinin azalacağı proqnozlaşdırılır:

“Bu da ilk növbədə, idxal inflyasiyasının minimumlaşması ilə bağlıdır. Ölkəmizdə bunun strukturuna diqqət etsək, əsas məqamın 2022-2023-cü illərdə idxal inflyasiyasının aktivliyi ilə bağlı olduğunu görərik. Çünki həmin tarixlərdə bu, ümumi inflyasiya səviyyəsinə təsir edirdi. Bu baxımdan da inflyasiyanın cari ildən aşağı salınması nəzərdə tutulur ki, bu da ölkəmizdəki ümumi proseslərə təsir göstərir”.

Müsahibimiz düşünür ki, bu konteksdən 2024-2025-ci illərdə idxal inflyasiyanın aşağı salınmasına ehtiyac var:

“Bu da ilk növbədə həm sosial, həm də real gəlirlərin qorunması baxımından çox vacibdir. Gözləntilər isə ondan ibarətdir ki, həm bu il, həm də gələn il daha aşağı inflyasiya müşahidə olunacaq. Əgər idxal inflyasiyası aktivləşməsə və regionda yenidən ciddi gərginlik yaranmasa, proseslər müsbət istiqamətdə inkişaf edəcək”.

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin